uzaq və ya yolu çətin yerlər

Dağlıq ərazidə yerləşən və təbii şəraitlə bağlı ictimai nəqliyyat ilə ən yaxın seçki məntəqəsinə çatmaq üçün 1 saatdan artıq vaxt tələb olunan yaşayış məntəqələri

uyğunluq sertifikatı
uzufrukt
OBASTAN VİKİ
Duran Çətin
Sərvət Çətin
Sərvət Çətin (17 mart 1981, Duzluca, İğdır ili) — Əskişəhərspor və Türkiyə milli futbol komandasında oynayan Azərbaycan əsilli futbolçu. Sərvət Çətin 1981-ci ildə İqdırın Tuzluca adlı yerində dünyaya gəlib. 30 iyul 1999-cu ildə İstanbulun "Qartalspor" klubunda peşəkar futbolçu karyerasına başlayıb. Sonra transfer olunduğu Göztəpə klubu Türkiyə milli futbol çempionatının yüksək liqasına çıxıb. 2002-ci ildə yüksək liqada oynayan digər bir kluba — Dənizlispora transfer olunub. Dənizlisporun heyətində uğurlu oyunu ilə yadda qalıb. 1 sentyabr 2003-cü ildə Fənərbaxçaya transfer olunub. Bu klubun heyətində 2 dəfə Türkiyə çempionu adını qazanıb. Amma zədə aldığına görə uzun müddət yaşıl meydana çıxa bilməyib Fənərbaxçanın baş məşqçisi Ziko ona əsas heyətdə yer vermədiyinə görə 30 avqust 2006-cı ildə Sivasspora transfer olunub. Bu klubun heyətində 2006/2007 mövsümündəki uğurlu çıxışından sonra böyük futbol klublarının transfer siyahılarında yer alıb.
Sinan Çətin
Sinan Çətin (türk. Sinan Çetin; 1 mart 1953) — Türkiyə kinorejissoru, aktyoru və prodüseri. O, azərbaycanəsillidir. 12–ci Dəkkə Beynəlxalq Film Festivalında ən yaxşı rejissor mükafatını qazanmışdır. Sinan Çətin 1 mart 1953-cü ildə Türkiyənin Van şəhərində, gömrük məmurunun ailəsində anadan olmuşdur. O, ailənin səkkiz övladından biridir. Ana tərəfdən azərbaycanəsilli, ata tərəfdən gürcüəsillidir. İbtidai təhsilini Aşqala rayonunda almışdır. Hacettepe Universitetinin Ədəbiyyat fakültəsində sənət tarixi üzrə təhsil almışdır. Sinan Çətin tammetrajlı filmlər və teleseriallar, əsas isə reklamlar çəkmişdir.
Uzaq Şərq
Uzaq Şərq - Şərqi Asiyada ərazi. Buraya Rusiya, Çin, Koreya (KDXR və Koreya Respublikası) və Yaponiya ərazilərinin şərqi aiddır.
Uzaq sahillərdə
Uzaq sahillərdə — rejissor Tofiq Tağızadənin İkinci Dünya müharibəsindən bəhs edən filmi. Dünyanın 100-dən çox ölkəsində nümayiş etdirilmişdir. Kinolent Azərbaycan xalqının şanlı oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin İkinci dünya müharibəsi illərində İtaliya və Yuqoslaviyada faşist işğalçılarına qarşı apardığı mübarizəyə həsr edilmişdir. Film 1959-cu ildə Kiyevdə Ümumittifaq kinofestivalının diplomuma layiq görülmüş və bəstəkar Qara Qarayevə filmin musiqisinə görə II mükafat verilmişdir. Film həmçinin Daşkənd kinofestivalının qalibi (1959) olmuşdur. Film aktyor Nodar Şaşıqoğlunun kinoda ilk işidir. Film aktyor Hacımurad Yagizarovun kinoda ilk işidir. Film İmran Qasımov və Həsən Seyidbəylinin eyniadlı povesti əsasında ekranlaşdırılmışdır. Mehdi Hüseynzadə ilə eyni partizan dəstəsində vuruşan Cavad Həkimli də bu filmdə çəkilmişdir. Prokata çıxdığı zaman filmə 27,5 milyon tamaşaçı baxmışdı.
Fön və ya fyon
Harmattan və ya Hamattan
Kirpiklilər və ya İnfuzorlar
Bir çox mütəxəssislər bu taksonda 30 000-dən çox növün olduğunu bildirir. Sərbəstyaşayan və parazitlik edən infuzorlar ayırd edilir. İnfuzorların ən geniş yayılmış növü infuzor tərlikdir (Paramecium caudatum). Əsasən, dənizlərdə və şirin su hövzələrində, bentos və planktonların tərkibində yaşayırlar. Torpaqda və mamırlarda yaşayan nifuzorlar da mövcuddur. Bu canlıların əksər hissəsi digər heyvanlarla (əsasən, həlqəvi qurdlar, molyusklar, balıqlar, amfibilər, məməlilər) kommensal, simbiont və parazitik münasibətlərdə olur. Bəzi kirpikli növləri (məsələn, Paramecium caudatum, Oxytricha trifallax) molekulyar biologiyada model obyekti qismində istifadə edilir. Sinif Növlər == Ümumi xarakteristikası == Onların bədənləri sabit və uzunsov formaya malik olub xaricdən sıx pellikula ilə əhatə olunur. Ölçüləri 10 mkm – 4.5 mm intervalında dəyişən bu canlıların iki nüvəsi vardır (makronukleus və mikronukleus). Vegetativ nüvə (makronukleus) hüceyrə daxilindəki maddələrin sintezinə cavabdehdir.
Manqrlar və ya Manqrovlar
Manqrovlar — Əsasən 25° şimal en dairəsi və 25° cənub en dairəsi arasında tropik və tropik altı şorakət sahildə çöküntü yetişmə mühitiində yetişən və sıx meşələr təşkil edən müxtəlif orta hündürlükdə ağac növləri, kollara və onların meydana gətirdikləri meşələrə verilən addır. == Həmçinin bax == Tuqay meşələri == Ədəbiyyatı == Hogarth, P. J., 1999: The Biology of Mangroves, Oxford University Press (ISBN 0-19-850222-2). Thanikaimoni, G., 1986: Mangrove Palynology, UNDP/UNESCO and the French Institute of Pondicherry, ISSN 0073-8336 (E). Tomlinson, P. B., 1986: The Botany of Mangroves, Cambridge University Press. Jayatissa, L. P., Dahdouh-Guebas, F. & Koedam, N. (2002). A review of the floral composition and distribution of mangroves in Sri Lanka. Botanical Journal of the Linnean Society 138: 29–43.
Toyuq və ya yumurta
Toyuq və ya yumurta — səbəbiyyət dilemması ki, adətən bu şəkildə ifadə olunur: "“toyuqmu, ya yumurtamı əvvəl olub?".Qədim filosoflara, ilk toyuqmu və ya yumurtamı sualı, ,ümumiyyətlə həyat və kainatın necə başlandığı suallarını doğurmuş.
Xınalıq və Xınalıq yolu
Xınalıq və Xınalıq yolu — 2006-cı ildə isə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin çəkdiyi sənədli film. Filmdə Xınalıq kəndinin tarixi barədə məlumat verilir. İki minə yaxın sakini olan bu kəndin öz dili — Xınalıq dili var.
Ya istiqlal, ya ölüm
"Ya istiqlal, ya ölüm" — Mustafa Kamal Atatürkün Sivas konqresinə çıxışı zamanı istifadə etdiyi ifadə.
Abbas Əli Çətin
Abbas Əli Çətin və ya Abbasəli Çətin (türk. Abbas Ali Çetin, 1 yanvar 1914, İrəvan – 26 avqust 1975) — Azərbaycan əsilli türk siyasətçi, dövlət xadimi, hüquqşünas, prokuror və hakim. == Həyatının erkən dövrü == 1914-cü ildə İrəvan şəhərində dünyaya gəlmişdir. Atasının adı Əbdüləli, anasının adı isə Gözəl olmuşdur. Təhsilini Ankara Universitetinin Hüquq fakültəsində almışdır. Birinci Dünya müharibəsinin gedişatında Qərbi Azərbaycanda ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasəti nəticəsində ailəsinin Türkiyəyə (o dövrdə Osmanlı) köçməyə məcbur olduğu düşünülür. == Fəaliyyəti == Türkiyə Respublikasında müxtəlif dövlət qurumlarında çalışmışdır. Bunlara misal olaraq Maliyyə Təhsil Müfəttişliyini, Ankara və Qars Məhkəmələri katibliyini, Ulduzeli, Kağızman hakimi köməkçiliyini, Kağızman sorğu hakimliyini, Ərzincan prokuroru köməkçiliyini, Diyarbəkir Ağız Cinayətlər Məhkəməsi üzvlüyünü, Yozqat sülh prokurorluuğunu göstərmək olar. O, həmçinin sərbəst vəkil, xəzinə vəkili, Türkiyə Respublikası Sosial Fond İdarə Məclis rəhbəri, Dövlət Dəmiryolları Müdirliyində hüquq müşaviri olaraq da işləmişdir. CHP-dən IX çağırış və Ədalət Partiyasından XIII çağırış (10.10.1965–12.10.1969) Qarsdan TBMM üzvü olmuşdur CHP-nin millət vəkili olarkən, partiyasından ayrılaraq bir müddət müstəqil qaldıqdan sonra, yeni qurulan Demokrat Partiyaya keçmişdir.
Çətin Məsələ (1988)
Cizgi filmində balaca quzunun başına gələn hadisələrdən danışılır. Quzu çox çətin məsələ həll edirdi. O, fikirləşə-fikirləşə gəlib canavarın pəncəsinə keçir. Canavar özünü itirməyib onu yemək istəyir. Lakin quzu şərt kəsir: əgər məsələni həll edə bilsən, buyur, ye məni. Bu əhvalat necə qirtarır? Bu çətin məsələni düzgün həlli nədən ibarətdir? Multfilm bu suallara ətraflı cavab verir. Film 2008-ci ildə bərpa edilərək DVD formatında tamaşaçılara təqdim edilmişdir. Ssenari müəllifi: Rafiq Səməndər Kinorejissor: Əsgər Məmmədov Quruluşçu rəssam: Məhəmməd Orucov Kinooperator: Antonina Korotnitskaya Bəstəkar: Cavanşir Quliyev Səs operatoru: Marat İsgəndərov Cizgi rəssamı: Arifə Hatəmi, Vahid Talıbov, Solmaz Hüseynova, Vaqif Məmmədov Montaj: Lidiya Vyalsova Musiqi tərtibatı: Q.Əliyeva Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Faiq Abdullayev Pərviz Bağırov — çoban (titrlərdə yoxdur) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Adi və ya həmişəyaşıl şümşad
Adi və ya üçtikanlı lələk
Asiya və ya Hindistan fili
Hindistan fili-(ing. elephant )Xortumlular dəstəsinə aid olan növ. AMEA Zoologiya İnstitutunun Zooloji Muzeyində 1 ədəd müqəvva sərgilənir. (Moskva Dövlət Sirki-1984) == Xarici görünüşü == Fillər quruda yaşayan ən iri heyvanlardan biri hesab edilir. Çəkiləri ağır olsa da, fillər çox cəld və sürətli hərəkət edirlər. Hindistan fili ölçüsünə görə Afrika savanna filindən fərqlənir. Yaşlı erkək fərdlərin çəkisi - 5,4 ton, hündürlüyü - 2,5 -3,5 metrə çatır. Dişilər erkəklərdən kiçik olur və orta çəkiləri 2,7 tona çatır. Afrika savanna filinin çəkisi isə 4-7 tona qədər olur. Hindistan filinin bədən uzunluğu 5,5 - 6,4 m, quyruğunun uzunluğu isə 1,2 - 1,5 m-dir.
Ağ və ya qumlu yovşan
Digenetik sorucular və ya Trematodlar
Dözümlülük və ya Şelford qanunu
Tolerantlıq qanunu — Orqanizmin hər-hansı ekoloji amilin dəyişkənliyinə münasibətdə dözümlülüyüdür. == Ümumi məlumat == Mühitin limitləşdirici amilləri növün arealını müəyyən edir. Əgər qarşılıqlı təsirdə olan amillər məcmusundan ibarət mühitdə kəmiyyətcə müəyyən minimumdan az və ya maksimumdan çox olan ekoloji amil varsa belə mühitdə orqanizmin fəal həyat fəaliyyəti mümkün deyil. Bu amilin minimal və maksimal qiymətləri məhdudlaşdırıcı (limitləyici) rol oynayır. İki pessimum arasındakı məsafə-tolerantlıq zonası adlanır. Orqanizmin hər-hansı ekoloji amilin dəyişkənliyinə münasibətdə dözümlülüyü tolerantlıq adlandırılır. Əlverişsiz mühit şəraitinə dayanıqlı olan növlər tolerant növlərdir. Növün verilmiş coğrafi ərazidə mövcud olma imkanını müəyyən etmək üçün mühit amillərinin hər-hansı birinin ekoloji valentlik həddini aşıb-aşmamasını öyrənmək çox vacibdir. İlk dəfə bu qanunauyğunluğu amerikan alimi V. E. Şelford irəli sürmüşdür. 1913-cü ildə V. E. Şelford "tolerantlıq qanununu" formalaşdırmışdır.
Həvəskarlar və ya Peşəkarlar (1987)
== Məzmun == Film Azərbaycan futboluna həsr olunmuşdur.
Zirehli molluskalar və ya xitonlar
Kalisivirus və ya pişik kalisivirusu
Pişik kalisivirusu (ing. Feline calicivirus (FCV)) — pişiklərdə xəstəliyə səbəb olan Caliciviridae viruslarının bir növüdür. Bu, pişiklərdə iki əsas tənəffüs yoluxucu infeksiyalarından biridir, digəri Felid alphaherpesvirus 1 - dir. == Virusun quruluşu və patogenezi == Kalisivirusun müxtəlif ştammları virulentliyə görə fərqlənə bilər (bir qrup və ya növ mikroorqanizmlər və ya viruslar daxilində patogenlik dərəcəsi). RNT virusu olan kalisivirus öz genomunun yüksək elastikliyinə malikdir və bu onu ətraf mühitin təzyiqlərinə uyğunlaşdırır. Bu, peyvəndlərin hazırlanmasını çətinləşdirməklə yanaşı, həm də daha virulent ştammların inkişafına imkan verir. Kalisivirusun ştammları ilk aşkar olunduğundan bəri bir-birindən asılı olmayaraq artıb. FCV epidemiyalarının əksəriyyəti ABŞ — da qeydə alınıb. İlk dəfə 1998-ci ildə Şimali Kaliforniyada aşkar edilmişdir. FCV-nin yayılması ətraf mühitdən asılı olaraq dəyişir.
Ya Salam
“Ya Salam” (ərəbcə: يا سلام‎) ərəb pop ulduzu Nensi Ajramın 3-cü albomu olub, 2003-cü ildə buraxılmışdır. Albomun mahnıları 2002-2003-cü illərdə yazılıb. Bu, ona böyük uğur qazandıran albom hesab olunur. Janrı - ərəb popudur. Davamiyyəti – 39:00. İstehsalçı şirkət - Megastar / Relax-In. Prodüser – Jiji Lamara. "Akhasmak Ah" – 4:57/ Küsərəm, hə. "Nasseto Garho" – 4:39/ Yarasını unutdurdum "Yay (Sehr Oyouno)" – 4:23/ Wow (Gözlərinin sehri) "Inta W Bass" – 4:56/ Yalnız sən "Ya Salam" – 4:37/ Ah, necə əla "Ahla Jaw" – 3:54/ Ən yaxşı həyat "Eynann Tara" – 4:07 / Gözlər görür "Inta" – 4:14/ Sən "Ashkaraballi" – 3:13/ Açıq-aşkar bəlli Sinqllar: Akhasmak Ah (10 həftə 1-ci oldu) Ya Salam Yay (Sehr Oyoono) (6 həftə 1-ci və 5 həftə 2-ci oldu) Ahla Jaw (2-ci pillə) “Akhasmak, ah” köhnə ərəb filmlərini xatırladan klipdir. Bu klipdə müğənni öz müştəriləri üçün oynayan kafe meneceri kimi nümayiş olunur.
Ya (kiril)
Ya (Яя; italic: Яя) ― kiril hərfi.